Atmosferdə adiobatik proseslər
Atmosfer hadisələrinin tədqiqatında adiabatik proseslər vacib rol oynayırlar. Bu
proses hava kütləsi daxilində termik tarazlığın, onun ölçülərinin və ya fəzada
vəziyyətinin dəyişməsi hesabına baş verməsini müəyyənləşdirməyə imkan verir,
yəni bu zaman hava kütləsinə kənardan heç bir istilik axını daxil olmur. Başqa
sözlə, və daha sadə olaraq, belə deyə bilərik ki, ətraf mühitlə istilik mübadiləsi
olmadan baş verən temperatur dəyişmələrinə adiabatik proseslər deyilir.
Adiabatik prosesin temperatur dəyişmələri işin başa çatması səbəbindən baş
verir. Adiabatik dəyişmələrdə, atmosferin bütün hissəcikləri bir-birindən təcrid
edilir.